Bia.Az

Paytaxtda seçki hakim partiyanı önə çıxardı

Dünya
 18-09-2023, 12:37     299

Yerevan Şəhər Şurasına sentyabrın 17-də keçirilmiş seçkinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının hesabatına görə, hakim Vətəndaş Sazişi Partiyası 32,57 faiz səslə önə çıxıb. Qurumun mer postuna namizədi Tiqran Avinyandır. 1989-cu il təvəllüdlü Tiqran Avinyan 2018-2021-ci illərdə baş nazirin müavini olub. 2022-ci ildən Yerevan merinin müavinidir.

Proporsional üsulla seçilən Yerevan Şəhər Şurası 65 nəfərdən ibarətdir. 17 sentyabr seçkisinə 13 partiya və 1 blok qatılıb. İlkin nəticələrə görə, Milli Yüksəliş Partiyası (mer kürsüsünə Ayk Marutyanı (sabiq mer) namizəd göstərib) şuraya 18,89 faiz, Ana Ermənistan bloku (mer vəzifəsinə Andranik Tevanyan iddialıdır) 15,43 faiz, Respublika Partiyası (namizədi: Artak Zeynalyan) 11,32 faiz, İctimai Səs Partiyası (namizədi: Artak Qalstyan) 9,68 faiz səslə düşür.

Vətəndaş Sazişi Partiyasına baş nazir Nikol Paşinyan sədrlik edir. O, 2018-ci il mayın 8-dən hökumət başçısıdır.скачать dle 12.1