Bia.Az

Bu ölkə Rusiyanın ən təhlükəli rəqibidir - Narışkin

Dünya
 7-09-2023, 01:14     460

Sovet İttifaqı dağılandan sonra ABŞ-ı əsassız olaraq tərəfdaş adlandırmağa başladıq, halbuki bu ölkə hazırda Rusiya dövlətinin ən təhlükəli və barışmaz rəqibidir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Narışkinin fikrincə, SSRİ dağılandan sonra ABŞ yenidən Rusiyaya qarşı hiyləgər planı olan ölkələrin başında dayandı:

“Bütün əvvəlki vədlər unuduldu, NATO Rusiya sərhədlərinə yaxınlaşdı. Rusiya iqtisadiyyatının, elminin, silahlı qüvvələrinin, mədəniyyətinin dağılmasına, əvvəllər dost olan sovet respublikalarının ayrılmasına və yenidən formatlaşdırılmasına başlanıldı, Rusiyanın siyasi institutları gözdən salındı, çılğın rusofob təbliğat aparıldı”.скачать dle 12.1