Bia.Az

İsrail İran planını açıqladı

Dünya
 29-04-2020, 17:40     378

İsrail İran planını açıqladıİsrailin müdafiə naziri Naftali Bennet ölkəsinin İranın dəstəklədiyi qrupları Suriyadan çıxarmaq üçün çalışdığını deyib.

“HaberGlobal” məlumat verir ki, nazir açıqlamasında Dəməşq yaxınlığında olan və İranın dəstəklədiyi qruplara aid dörd nəfərin və üç mülki şəxsin öldüyü bildirilən hava hücumunun İsrail tərəfindən həyata keçirildiyini dolayı yolla təsdiqləyib.

O, “İranın Suriyada güclə yerləşməsinin qarşısını almaq strategiyasına keçdik və təslim olmayacağıq. Sərhədlərimizdə strateji təhdidlərin artmasına imkan verməyəcəyik. Düşmən bölgəsində mübarizəni davam etdirəcəyik” deyərək, ölkəsinin Suriyada İran tərəfindən dəstəklənən qruplara hücumların tərəfdarı olduğunu bildirib.

İsrail son illərdə bölgədəki İran qüvvələrini əsas göstərərək, Suriyanın müxtəlif ərazilərində, xüsusən də Dəməşqdə bir çox hava hücumu həyata keçirib.

Təl-Əviv rəhbərliyi bu hücumların çoxunun həyata keçirilməsini öz üzərinə götürməsə də, həm Əsəd rejimi, həm də Rusiya Suriyaya qarşı bir çox hava hücumunun arxasında İsrailin dayandığını qeyd edir.скачать dle 12.1