Bia.Az

Ermənistanın NATO üzvlüyü: Ankara bu halda razı olar

Dünya
 5-09-2023, 09:31     262

NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin Ermənistanın Alyansa üzv olması ilə bağlı çağırışı ciddi bir məsələ deyil. Bu, sadəcə, onun şəxsi istəyidir.

Bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

O bildirib ki, bu çağırış qurum rəsmisinin özünü önəmli fiqur kimi göstərməsi ilə yanaşı, siyasi mənfəət qazanmaq niyyəti güdür:

“Ermənistanın Xarici İşlər Nazirliyi də belə bir çağırışın olmadığını bildirib. Gürcüstan və Ukrayna NATO-ya üzv olmaq üçün illərdir, gözləyir. Lakin gerçəkləşmədi. Türkiyə də Ermənistanın quruma üzv olmasına razı olmaz. Digər tərəfdən, bu, həm də Qərbin Qafqazda çevirdiyi yeni bir oyundur. Ortalığı qarışdıraraq bir cəbhə də Qafqazda açmaq istəyir. Həmçinin, Rusiyanın diqqətini dağıtmaq, enerjisini fərqli istiqamətlərə yönləndirmək, süni gündəm formalaşdırmaqdan o tərəfə gedə bilən bir məsələ deyil. Amerikanın və Baydenin də tək başına Ermənistanın Alyansa alınması mövzusunu dəstəkləyəcəyini sanmıram. Dolayısı ilə boş və fantaziyadan ibarət bir fikirlərdir”.

Generalın sözlərinə görə, Türkiyə Ermənistanın NATO-ya üzv edilməsinə bir şərtlə razılıq verə bilər:

“NATO-ya qoşulmaq istəyən ölkələrin bu qurumda təmsil olunması üçün digər üzv dövlətlərin hamısının razılığı olmalıdır. Türkiyə NATO-nun bir üzvü olaraq bunu təsdiqləməz. Qafqaz fərqli konsepsiyası, fərqli geo-strateji mövqeyi olan bir yerdir. Türkiyə üçün Ermənistanın NATO-ya üzv qəbul olunmasının tək bir şərti var. Ermənistanla bərabər, gərək, Azərbaycan da alyansa üzv qəbul edilsin. Ankara bu halda öz razılığını verə bilər”.скачать dle 12.1