Bia.Az

Priqojinin qətli: “Vaqner” yeni üsyana qalxacaqmı?

Dünya
 24-08-2023, 16:42     252

Priqojinin ölümünün üç əsas versiyası var.

Axar.az xəbər verir ki, bununla bağlı Ukraynanın internet qəzeti olan “Strana”nın “Siyasət” adlı Teleqram səhifəsində yayımlanan analitik yazıda bəhs edilib.
Yazıda versiyalar aşağıdakı kimi sadalanıb:
“Birinci və ən çox yayılmış versiyada Priqojinin təyyarəsinin Putinin göstərişi ilə partladıldığı və ya vurulduğu bildirilir. İkincisi, bu, Priqojinin Rusiyadakı bəzi daxili düşmənlərinin təşəbbüsüdür. Üçüncüsü isə təyyarənin xarici xüsusi xidmət orqanları tərəfindən oraya yerləşdirilən partlayıcılar ilə partladılmasıdır.
Çox güman ki, Rusiyada da bu versiya rəsmi şəkildə elan olunacaq. Əgər ilk versiya doğrudursa, onda Priqojinin ölümü ilə Rusiya dövlət maşınına və şəxsən Putinə meydan oxuyan hər kəsin əziləcəyi haqqında aydın mesaj verilir – istər Navalnı olsun, istərsə də Priqojin. Onların arasında fərq ondadır ki, Navalnı silahlı üsyan yox, vətəndaş itaətsizliyi aksiyaları təşkil edib və buna görə də həbsdədir. Priqojin isə silahlı üsyana qalxdı, tövbə etmədi və öldürüldü. Bu, eyni zamanda Rusiya elitasının nümayəndələri üçün bir siqnaldır”.
Məqalədə Priqojin tərəfdarlarının intiqam üçün yenidən üsyan edib-etməyəcəyi haqqında da danışılır:
“Priqojinin ölümündən sonra vaqnerçilərin və onların üsyanını gözləmək olarmı,yaxud bu çağırışlar artıq ortaya çıxırmı? Qətiyyətlə deyə bilərik ki, indi onlar üçün bunu etmək 2 ay bundan əvvəl olan üsyandan qat-qat çətin olacaq. Vaqnerçilər tərksilah edildikdən və Rusiya Federasiyasındakı fəaliyyətlərini dayandırdıqdan, qismən Belarusa, Afrikaya köçürüldükdən və qismən də Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr bağlayandan bəri iyun üsyanındakı kimi Rusiyada nəhəng qüvvə olmaqdan çıxdılar. 23-24 iyun hadisələrinin də göstərdiyi kimi Priqojin dar bir radikal "Z-vətənpərvər" qrupu (və hətta hamısı deyil) istisna olmaqla, cəmiyyətdə və orduda o qədər də dəstək görmür. Bu qrup müəyyən addımlar ata bilər, lakin Kreml üçün iki ay əvvəlki üsyanla müqayisədə onlarla mübarizə aparmaq daha asan olacaq. Digər tərəfdən bir çox “Vaqner” tərəfdarı Priqojinin xarici kəşfiyyat xidmətləri tərəfindən öldürüldüyünə inanmağı daha rahat və təhlükəsiz hesab edə və başqalarını “müharibə zamanı çaşqınlıq yaratmamağa və vəziyyəti gərginləşdirməməyə” çağıra bilər”.
Yazıda Moskvanın Priqojin üsyanından sonra atdığı addımlara da toxunulub:
“Ümumiyyətlə, əgər yenə də Priqojinin Kremlin göstərişi ilə öldürülməsi versiyasından çıxış etsək, Rusiya hakimiyyətinin üsyandan sonrakı hərəkətlərinin məntiqi indi daha anlaşılan olur. Putin Priqojin və onun tərəfdaşlarının sayıqlığını mümkün qədər səngitmək qərarına gəldi. Nəticədə Priqojinlə “Vaqner”i tərk-silah etmək və Rusiyadakı fəaliyyətini dayandırmaq, Belarus və Afrikaya getmək barədə razılaşma əldə edildi. Paralel şəkildə ordu Priqojinə yaxın adamlardan da təmizləndi. Beləliklə, üsyanın təkrarlanma təhlükəsi böyük ölçüdə minimuma endirildi və dünən oyunun bitirilməsi qərarı verildi. “Priqojinin tərəfdaşları onun ölümündən sonra oyunu davam etdirməyə çalışacaq və uğur qazanacaqmı” sualının cavabını isə yaxın günlərdə görəcəyik”.скачать dle 12.1