Bia.Az

Rus əsgərlərinin Qara dənizdə Türkiyə gəmisinə girdiyi anların GÖRÜNTÜLƏRİ

Dünya
 15-08-2023, 22:15     234

Rus əsgərlərinin Qara dənizdə Ukraynanın İzmail limanına səfər edən “Şükrü Okan” quru yük gəmisini dayandıraraq basqın etdiyi anların görüntüləri yayılıb.

Rusiya Müdafiə Nazirliyi Qara Dəniz Donanmasının patrul gəmisi "Vasili Bıkov"un Palau bayraqlı "Şükrü Okan" quru yük gəmisini dayandırması və rus əsgərlərinin gəmiyə basqın etməsinin görüntülərini paylaşıb.

Nazirlikdən verilən açıqlamada, “Kadrlarda rus əsgərlərinin dayanma xəbərdarlığına əməl etməyən “Şükrü Okan” quru yük gəmisinə Ka-29 tipli helikopterlə eniş etdiyi, sənədləri yoxladığı və qadağan olunmuş malların olub-olmadığını bilmək üçün yoxlamalar apardığı anlar əks olunub” ifadələri yer alıb.

Açıqlamada yoxlanışı beynəlxalq tələblərə uyğun aparıldığı bildirilib.


BAKU.WSскачать dle 12.1