Bia.Az

Rusiyadan SON DƏQİQƏ AÇIQLAMASI: Ukrayna Ordusu gizli üsullarla HƏRƏKTƏ KEÇDİ

Dünya
 14-08-2023, 17:56     231

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Krım körpüsünə PUA və hücum arsenalı ilə təchiz edilmiş S-200 tipli raket sistemləri ilə hücum etdiyini bildirib.

Musavat.com xəbər verir ki, hücumu “terror aktı” kimi qiymətləndirən Zaxarova körpünün mülki infrastruktur obyekti olduğunu vurğulayıb.
“Bu cür terror hücumlarını qətiyyətlə pisləyirik. Krım körpüsü sırf mülki infrastruktur obyektidir və körpüyə hücumlar qəbuledilməzdir. Körpü keçən ilin payızından bəri bu cür hücumlara məruz qalır və nəticədə mülki əhali arasında itkilər olur. Ona görə də Qərbin intensiv köməyinə baxmayaraq, təmas xəttindəki vəziyyəti dəyişə bilməyən Ukrayna Silahlı Qüvvələri gizli terror üsullarından istifadə edərək mülki infrastruktura və dinc sakinlərə cavab zərbələri endirməyə çalışır".

Zaxarova hücumların S-200 raketləri və 20 PUA ilə həyata keçirildiyini bildirib:

“Hücum sursatları ilə təchiz olunmuş S-200 raketi atılıb. Raket Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal aşkar edilərək havada məhv edilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Daha sonra Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən düşmənin daha bir raketi vurulub. Bundan əlavə, Krım Ukrayna tərəfindən kütləvi dron hücumuna məruz qalıb. Hücumda istifadə edilən 20 pilotsuz uçuş aparatından 14-ü hava hücumundan müdafiə vasitələri ilə məhv edilib, 6-sı isə elektron döyüş sistemləri ilə zərərsizləşdirilib".скачать dle 12.1