Bia.Az

Ruslar Krım körpüsünü tüstü ilə qoruyur?

Dünya
 10-08-2023, 08:56     295

Ukraynalı əsgərlər çox yaxında Rusiyanın müvəqqəti işğal etdiyi Krıma daxil olacaq.

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib.

Ekspert Krımda yeni tətbiq edilmiş fövqəladə vəziyyətlə bağlı məlumatlara da münasibət bildirib:

“Tüstü sual doğuran məsələdir. Çünki həyəcan siqnalı işə düşən kimi ruslar da onu işə salır, bəlkə də bizim təyyarələrimizin hərəkətini, onlardan atılan raketləri və dronları da görürlər. Müəyyən tüstü ekranları var. İndi də obyektlərini belə tüstü ilə örtə bilirlər. Krım körpüsünü də tüstü ilə örtməyə çalışıblar, amma külək onu örtməyə imkan vermir”.

Svitanın fikrincə, rusların getməli olduğu yol bu deyil:

“Payıza qədər Ukrayna qoşunları Krıma daxil olacaq, onda ruslara üzgüçülük alətləri lazım olacaq”скачать dle 12.1