Bia.Az

Ekspert Putinin “qeyri-rəsmi xarici işlər naziri”nin adını AÇIQLADI

Dünya
 8-08-2023, 22:42     277

Roman Abramoviç Rusiyanın “qeyri-rəsmi xarici işlər naziri”dir. Rəsmi diplomatiyanın ölümündən sonra Putin dünya ilə vasitəçilər vasitəsilə və konsepsiyalar üzərindən danışıqlar aparmağa başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikrin müəllifi rusiyalı politoloq Vladimir Pastuxovdur.

Pastuxov müharibə başladıqdan sonra Rusiyada Xarici İşlər Nazirliyini əvəz edən etibarlı şəxslərin diplomatiyasından danışıb.

Politoloqun sözlərinə görə, Roman Abramoviç Ciddədə Ukrayna üzrə danışıqlarda iştirak edə bilər.

“Məlumat təsdiqlənərsə, bu o demək olacaq ki, Rusiya sammitdə özünün əsas xarici siyasət aktivi olan “konseptual” xarici işlər naziri ilə iştirak edib”, - deyə Pastuxov bildirib.

“Rusiyanın rəsmi diplomatiyası ölüb. Putin ona güvənmir, diplomatların qabiliyyətlərinə inanmır.


Nazirlik “Russia Today”in beynəlxalq departamentinə çevrilib. Putin vərdiş etdiyi şeyə - etibarlı şəxslərin diplomatiyasına keçib. Abramoviç bu mənada ən mühüm fiqurlardan biri sayılır”, - deyə ekspert qeyd edibскачать dle 12.1