Bia.Az

MOSKVANIN MƏRKƏZİNƏ PUA HÜCUMU - Dron yaşayış binasına çırpıldı (Yenilənib)

Dünya
 31-07-2023, 02:53     328

Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Belə ki, PUA “Moskva-Siti” yaşayış kompleksində yerləşən binalardan birinə çırpılıb.

Hadisə nəticəsində binanın mühafizəçisi xəsarət alıb.

Qeyd olunur ki, mərkəzlə yanaşı Moskvanın bir sıra rayonları da PUA hücumuna məruz qalıb.

***

Moskva vilayətində hava hücumundan müdafiə qüvvələri paytaxta pilotsuz uçuş aparatlarının hücumlarını dəf edib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, iki dron Moskva vilayətinin qərbində vurulub.скачать dle 12.1