Bia.Az

Əlində silahla selfi çəkən dayə uşağı yaraladı

Dünya
 27-02-2020, 14:10     427

Əlində silahla selfi çəkən dayə uşağı yaraladıDayə əlində tapança ilə selfi çəkmək istəyərkən təsadüfən 10 yaşlı uşağı yaralayıb.

“New York Post”un məlumata görə, hadisə ABŞ-ın Texas ştatında, Hyuston şəhərində baş verib.

Məlumata görə, 19 yaşlı Keytlin Smit 10 yaşlı qohumuna baxıb. Qız silahı tapandan sonra onunla selfi çəkmək istəyib. Bu an o, təsadüfən atəş açıb. Güllə uşağın qarnına dəyib. Oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bununla belə, həkimlər onun sağalacağını bildiriblər.

Smit “yetkinlik yaşına çatmayan uşağa zərər vermək” maddəsi ilə həbs olunub.скачать dle 12.1