Bia.Az

Putin Afrika ölkələrinə “rüşvət” təklif etdi-Məqsəd nədir?

Dünya
 27-07-2023, 15:33     272

Rusiya yaxın aylarda bir sıra Afrika ölkələrinə 25-50 min ton arası taxıl göndərməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə prezident Vladimir Putin Peterburqda keçirilən “Rusiya-Afrika” humanitar forumunda məlumat verib: “Biz yaxın 3-4 ay ərzində Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreya kimi ölkələrinb hər birinə əvəzsiz olaraq 25-50 min ton taxıl göndərməyə hazır olacağıq. Biz həmçinin bu məhsuların ödənişsiz çatdırılmasını da təmin edəcəyik”.

Qeyd edək ki, Rusiya Ukrayna taxılının dünya bazarına əsas yolunu bağlamaqla ilk növbədə Afrika ölkələrini aclıq təhlükəsi ilə üz-üzə qoyub. İndi Putinin həmin ölkələrə təklif etdiyi 24-50 min ton taxıl onların 1 aylıq ehtiyaclarını belə qarşılamaq gücündə deyil. Putinin adını çəkdiyi ölkələrin əksəriyyətinin illik taxıl idxalı 2 milyon tondan yuxarıdır. Putin isə onların hamısına birlikdə ən yaxşı halda 350 min ton pulsuz taxıl verəcək. Rusiyanın Taxıl Fondunda hazırda ötən mövsümdən ucuz qiymətə alınıb saxlanan 3 milyon ton taxıl var. Onun 10 faizini Afrika ölkələrinə təklif edərək, Rusiya prezidenti qalan ehtiyacların ödənişli formada məhz öz ölkəsindən alınmasına nail olacaq.

Bundan əlavə, Rusiyanın Afrika ölkələrinə artaq diqqətinin arxasında həm də öz neft məhsulları üçün əlverişli bazar tutmaq istəyi dayanır. Belə ki, 2022-ci ildə Rusiya Afrika ölkələrinə əsas hissəsi dizel yanacağından ibarət olan 8 milyon ton neft məhsulları ixrac edib. Rusiyanın energetika naziri Nikolay Şulginovun dediyinə görə, 2023-cü ilin birinci yarısında ixrac ötən ilki bütöv ixracdan yuxarı olub: “Biz Afrikaya çox az miqdarda neft satırıq. Onların əsas tələbatı neft məhsullarına, xüsusilə də dizel yanacağınadır. Hesab edirik ki, bu ilin sonunadək Afrika ölkələrinə 18-20 milyon, bəlkə də 25 milyon ton neft məhsulları ixrac edə biləcəyik”.

Xatırladaq ki, 2023-cü il fevralın 1-dən G7 ölkələri və Avropa İttifaqı Rusiyadan neft məhsulları idxalına qadağa, həmçinin onlar üçün qiymət tavanı tətbiq ediblər.скачать dle 12.1