Bia.Az

Hərbçilər prezidenti girov götürdü?

Dünya
 26-07-2023, 17:47     257

Niger Prezident Qvardiyasının bir qrup əsgəri paytaxt Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binasını bloklayıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, yaşayış sahəsi də bağlanıb:

“Bununla belə, prezident iqamətgahının yerləşdiyi paytaxt ərazisində hərbi texnika yoxdur. Şəhərdə atışma eşidilməyib”, - məlumatda deyilir.

Qeyd olunur ki, bəzi mənbələrə əsasən, Prezident Məhəmməd Bazum üsyançıların əlindədir, onların sayı məlum deyil:


“Prezidentə yaxın başqa bir mənbə isə iddia edir ki, Bazum təhlükəsizlikdədir. O, hazırda hərbçilərlə danışıqlar aparır”.скачать dle 12.1