Bia.Az

Strelkov ”Vaqner”in göstərişilə həbs olundu

Dünya
 21-07-2023, 16:22     392

Bu gün Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya xüsusi xidmət orqanlarının keçmiş zabiti, Donbas separatçılarının sabiq rəhbəri İqor Strelkovu (Qirkin) saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə RBK-ya Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları Strelkovu günorta saatlarında evindən aparıblar. İstintaq Komitəsinin əməkdaşları onun mənzilində axtarış da keçiriblər. Onun saxlanılması “Vaqner”in keçmiş əməkdaşının tələbi ilə həyata keçirilib”, - məlumatda deyilir.

Strelkovun arvadı Miroslava Reginskaya isə qeyd edib ki, Strelkov evdən məcburi, silahla çıxarılıb:


“Dostlarımdan öyrənə bildim ki, ərimə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi (ekstremizm) ilə ittiham verilib”.скачать dle 12.1