Bia.Az

İsraildə koronavirusdan ölənlərin sayı 200-ə yaxınlaşır

Dünya
 25-04-2020, 14:40     356

İsraildə koronavirusdan ölənlərin sayı 200-ə yaxınlaşırİsraildə son sutkada daha 266 nəfər koronavirusa yoluxub.

“bia.az” “newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada daha 5 nəfər pandemiyanın qurbanı olub. Bununla da İsrail üzrə koronavirusdan ölənlərin sayı 198-ə, yoluxanların sayı isə 15 148-ə çatıb. Məlumata görə, 130 nəfərin vəziyyəti ağır, 99 nəfərin səhhəti isə orta ağırdır. İndiyədək koronavirusdan 6 159 nəfər sağalıb.

Qeyd edək ki, aprelin 19-dan İsraildə karantin rejimi yüngülləşdirilib. Yeni rejimə əsasən, iş yerində 10 nəfər, yaxud işçilərin 30 faizindən çox əməkdaş ola bilməz.скачать dle 12.1