Bia.Az

"Türkiyənin NATO üzvü olduğunu heç vaxt unutmamışıq" - Zaxarova

Dünya
 11-07-2023, 12:54     241

"Rusiya Türkiyənin NATO-nun üzvü olduğunu heç vaxt unutmayıb".

Musavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Ankaranın İsveçin Şimali Atlantika Alyansına daxil olmasına razılığını Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RTVI ilə söhbətində şərh edib.

“Türkiyə NATO-nun üzvüdür. Biz bunu heç vaxt unutmamışı. Biz atılan addımlar üzrə mülahizə yürüdür, nəticələr çıxarırıq”.

Qeyd edək ki, iyulun 10-da Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Türkiyənin İsveçi mümkün qədər tez NATO-ya qəbul etməyə razılaşdığını açıqlayıb. Adını açıqlamayan türk rəsminin sözlərinə görə, sıçrayış Ankaranın əsas tələblər, o cümlədən Stokholmun öz ərazisində fəaliyyət göstərən kürd separatçılarının tərəfdarlarına yanaşması ilə bağlı vəd almasından sonra baş verib.


CNN Türk-ün məlumatına görə, Türkiyə parlamenti iyulun 21-dək İsveçin NATO-ya üzvlük ərizəsini təsdiq edə bilər.скачать dle 12.1