Bia.Az

"Bu qədər silah olar? - İlon Mask Fransadakı iğtişaşlara görə şoka düşüb

Dünya
 1-07-2023, 13:17     406

Dünyaca məşhur iş adamı İlon Mask Fransada nümayişçilərin əlində olan çox sayda silaha görə təəccüblənib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, milyarder bu barədə danışaraq deyib: “Onlar bütün bu silahları haradan alırlar?  Avropada şəxsi silaha sahib olmaq imkanı son dərəcə məhduddur. Bu silahların çoxu, güman ki, ya oğurlanıb, ya da qaçaqmalçılıq yolu ilə Fransaya gətirilib.


İğtişaşların yeni dalğasının əsas səbəbi odur ki, 4 gün öncə polis məmurları 17 yaşlı yeniyetməni Parisin ətrafında yerləşən yaşayış massivi Nanterdə güllələyib. Onun hüquq-mühafizə orqanlarının tələblərini yerinə yetirməkdən imtina etdiyi iddia olunur.  Bundan sonra ölkəəd iğtişaşlar baş qaldırıb, hər yerdə yanğınlar törədilir. Etirazçılar inzibati binaları yandırıb mağazaları qarət ediblər.скачать dle 12.1