Bia.Az

İranda FƏLAKƏT- 1191 nəfər xəstəxanaya yerləşdirildi

Dünya
 29-06-2023, 12:02     338

İranın Sistan-Bəlucistan əyalətində son 6 gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1191-ə çatıb, 1 nəfər isə həyatını itirib.

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, Sistan-Bəlucistan Böhran İdarəetməsinin baş direktoru Məcid Mohibbinin sözlərinə görə, əyalətin şəhərlərində toz fırtınası səbəbindən son 6 gündə 1191 nəfər xəstəxana və tibb mərkəzlərinə müraciət edib.

Xəstəxanaya yerləşdirilənlərdən 1019 nəfər ambulator müalicə olunaraq evə buraxılıb, 171 nəfərin müalicəsi davam edir.


Səlahiyyətlilər xüsusilə ürək və tənəffüs xəstəlikləri olanların çölə çıxmamağı tövsiyə ediblər.скачать dle 12.1