Bia.Az

“Diqqətli olmalıyıq ki, bu sistem İranın əlinə keçib…”

Dünya
 23-06-2023, 13:08     398

Ukraynaya ötürülən istənilən sistemin bizə qarşı istifadə ediləcəyi ilə bağlı narahatlıqlarımız var.

Jamaz.info xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “The Jerusalem Post” qəzetinə müsahibəsində deyib.
Netanyahunun sözlərinə görə, İsrailin Ukraynaya təhvil verdiyi istənilən sistemin İranın əlinə keçib, özlərinə qarşı istifadə oluna biləcəyi ehtimalı çoxdur.

“Düşünürəm ki, İsrail, məsələn, Polşa, Almaniya, Fransa və ya Ukraynaya yardım göstərən hər hansı digər Qərb dövlətindən fərqli, xüsusi vəziyyətdədir. Birincisi, bizim Rusiya ilə yaxın hərbi sərhədimiz var. Pilotlarımız Suriya səmasında rusiyalı pilotlarla bərabər uçur. Odur ki, İranın şimal sərhədimizə hərbi qüvvələri yerləşdirmək cəhdlərinə qarşı fəaliyyət azadlığımızı qoruyub saxlamağın vacib olduğunu düşünürəm”, – baş nazir qeyd edib.

“Biz, əlbəttə ki, Ukraynada baş verən faciəyə, bu dəhşətli insan itkisinə görə təəssüflənirik. Bunun bitməsini istərdik”, – Netanyahu bildirib.
Netanyahunun fikrincə, İsrailin münaqişəyə “balanslı” yanaşması düzgündür:


“Beynəlxalq məsələlərdə çox ehtiyatlı olmaq lazımdır. Rəğbət var, mülki müdafiəyə yardım var. Amma hesab edirəm ki, biz xətti diqqətlə çəkməliyik və insanlar bunu başa düşməlidir. Deməliyəm ki, Qərb ölkələrinin hökumət başçılarının çoxu, mən bunu onlara izah edəndə, əsasən, razılaşaraq başlarını tərpədirlər. Onlar başa düşürlər ki, İsrail onların hər birindən fərqli vəziyyətdədir”, – deyə o, yekunlaşdırıb.скачать dle 12.1