Bia.Az

TƏCİLİ! Bu bölgələrdə DƏHŞƏTLİ döyüşlər gedir - Toqquşmalar şiddətləndi

Dünya
 16-06-2023, 02:02     611

“Kiyevin Rusiyaya qarşı başlatdığı hücumdan sonra ölkənin bəzi bölgələrində son dərəcə şiddətli toqquşmalar baş verib”.

Musavat.com xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar deyib.

Maliar Ukrayna qüvvələrinin şərqdə Baxmuta qədər irəlilədiyini və cənubda Zaporojyaya yaxınlaşdığını, lakin Rusiyanın bəzi bölgələri çox möhkəm müdafiə etdiyini açıqlayıb.

O əlavə edib ki, Ukrayna əsgərləri Baxmuta 200-500 metr, Zaporojyaya isə 300-500 metr yaxınlaşıblar.

Ötən gecə Rusiya Ukraynanın bir çox şəhərlərinə raket və pilotsuz təyyarələrlə hücumlar təşkil edib. Ukrayna rəsmilərinin verdiyi məlumata görə, Odessa liman şəhərinə pilotsuz uçuş aparatları ilə edilən hücumlarda 3 nəfər həyatını itirib.

Rusiya prezidenti Vladimir Putinin ordusunda raket və pilotsuz təyyarə çatışmazlığı ilə bağlı açıqlamasına baxmayaraq, son həftələrdə Rusiyanın Ukraynaya endirdiyi zərbələrin sayı artıb.

Ukrayna isə həftənin əvvəlində Rusiyanın əlində olan əraziləri geri almaq üçün əks-hücum əməliyyatına başladığını elan edib. Kiyev iddia edir ki, əks-hücum başlayandan bəri Ukrayna ordusu 7 yaşayış məntəqəsini və ən azı 90 kvadrat kilometr ərazini geri alıb.

Amma iki döyüşən tərəf bir-birinə zidd iddialar irəli sürür və cəbhədə həqiqəti qiymətləndirmək çətindir; Ukrayna irəlilədiyini, Rusiya isə hücumları dəf etdiyini iddia edir.

Qərb ekspertləri Kiyevə xəbərdarlıq edirlər ki, ruslar asanlıqla geri çəkilməyəcək və çox yaxşı müdafiə taktikasına malik olacaqlar və bu səbəbdən əks-hücum Ukrayna üçün “baha” başa gələ bilər.скачать dle 12.1