Bia.Az

İnqilabi qərar: Kılıçdaroğluya güclü rəqib gəlir

Dünya
 6-06-2023, 16:35     383

“Seçkilərdən sonra Cümhuriyyət Xalq Partiyasında Kamal Kılıçdaroğlu ilə Əkrəm İmamoğlu arasında ata-oğlul münasibəti son çatdı. Oktyabrda keçirilməsi gözlənilə partiya qurultayında İmamoğlu Kılıçdaroğluya rəqib olduğunu elan edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli aparıcı Fatih Portakal deyib.

“Ancaq İmamoğlunun partiya daxilində inqilab etməyi bacarıb-bacarmayacağı müzakirə mövzusudur. Burada təşkilatın bütün sistemini əlində tutan bir sədrdən söhbət gedir. Hazırda İmmaoğlunun yeni partiya yaratmağa çalışdığı, bunun üçün hesablamalar apardığı da iddia edilir. CHP-də dəyişiklik mütləqdir, amma Kılıçdaroğlunun kreslosundan əl çəkəcəyini düşünmürəm”, – aparıcı bildirib.


Qeyd edək ki, Türkiyədə mayın 28-i keçirilən prezident seçkilərində CHP lideri Kamal Kılıçdaroğlunun məğlubiyyəti ölkədə müxalif partiyalar arasında parçalanmaya səbəb olub.скачать dle 12.1