Bia.Az

Ərdoğanın “sirr küpü” niyə XİN başçısı oldu? – SƏBƏB

Dünya
 5-06-2023, 00:58     278

Türkiyənin “Yüz ilin kabinəsi” adlandırılan yeni hökuməti açıqlandı: Azərbaycanda məşhur olan xarici işlər naziri Mövlud Çavuşoğlunun yerinə Milli İstihbarat Təşkilatının sədri Hakan Fidan, müdafiə naziri Hulusi Akarın yerinə Baş qərargah rəisi Yaşar Gülər gətirildi.

Globalinfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı fikirlərini bölüşüb.


A.Nərimanlı qeyd edib ki, Hakan Fidan Azərbaycanda da TİKA-nın nümayəndəsi kimi işləyib.

“Ərdoğanın “O mənim sirr küpüm, Türkiyə dövlətinin sirr küpü, Türkiyənin gələcəyinin sirr küpü” adlandırdığı” Hakan Fidan xarici siyasətinin müəyyənləşməsində ciddi rola malik olub. Obamanın “gözüm üzərində” dediyi, MOSSAD-ın ən çox çəkindiyi kəşfiyyatçı olduğu haqda mediada məlumatlar var. Vaxtilə Azərbaycanda da TİKA-nın nümayəndəsi kimi işləyib.

Türkiyə ordusunda böyük nüfuzu malik olan Yaşar Gülərin Azərbaycanın hərbi rəhbərliyi ilə yüksək münasibətləri var”.скачать dle 12.1