Bia.Az

2 nazir yerini qorudu, Çavuşoğlu və Akar isə... – Politoloq İLGİNC səbəbi açıqladı

Dünya
 4-06-2023, 14:51     274

“Rəcəb Tayyib Ərdoğanın inaqurasiyası və yeni hökumət üzvlərinin təyinatı çox uğurludur. Digər tərəfdən, Ərdoğan hökumətdə və parlamentdə Ədalət və İnkişaf Partiyasının (AK Parti) mövqelərinin güclü olmasına çalışır. Bu baxımdan Mövlud Çavuşoğlu, Hulusi Akar kimi isimlər yeni kabinetdə yer almayıb”.

Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

ilyas 1.jpg (33 KB)

Politoloq bildirib ki, Çavuşoğlu və Akarın yeni kabinetdə yer almamasının başadüşülən səbəbləri var:

“Çünki AK Parti ötən illərə nisbətən Türkiyə Böyük Millət Məclisində az yer qazanıb. AK Partinin çox güclü dayaqlarının formalaşması üçün bu addım zəruri idi.

Yeni isimlərə gəlincə, cəmi 2 nazir öz yerini qoruya bilib. Bunlar səhiyyə naziri və təhsil naziridir. Ərdoğan hakimiyyəti dövründə nüfuz qazanan, bacarığı, səriştəsi ilə önə çıxan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər isə artıq müdafiə naziri postunda çalışacaq. Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan xarici işlər naziri postunda fəaliyyətini davam etdirəcək. Onun nə qədər uğurlu olacağını zaman göstərəcək. Amma indidən söyləmək olar ki, çox uğurlu seçimlərdən biridir. Ərdoğan Hakan Fidanın fəaliyyətini dəfələrlə yüksək qiymətləndirib. Onun Türkiyə diplomatiyasının başında uğurlu olacağını da qeyd etmək olar.

Türkiyə elə bir coğrafiyada yerləşir ki, kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının mənimsənilməsi, təhlili həm də xarici siyasətdə önəmli bir alət kimi istifadə oluna bilər. Düşünürəm ki, məhz bu səbəbdən xüsusi xidmət orqanının rəhbəri həm də Türkiyə diplomatiyasının başında olacaq”.скачать dle 12.1