Bia.Az

Ərdoğanın növbəti hədəfi BƏLLİ OLDU - ŞOK AÇIQLAMA

Dünya
 2-06-2023, 17:36     319

Seçki prosesi zamanı Türkiyədə baş verən prosesləri oxucularına və izləyicilərinə çatdıran CNN International diqqətçəkən bir analiz dərc edib.

Musavat.com xəbər verir ki, CNN “Ərdoğan qələbəsindən sonra İstanbulu geri almaq niyyətindədir” başlığı ilə oxucularının qarşısına çıxıb.
İstanbulu "Ərdoğan üçün strateji və şəxsi mücəvhər" kimi xarakterizə edən CNN International yazıb ki, Ərdoğan artıq 10 ay ərzində növbəti seçkilərdə şəhəri geri almaq üçün işə başlayıb.


Xəbərdə İstanbulun əhəmiyyəti vurğulanıb və bu ifadələrə yer verilib:

“Bir zamanlar Osmanlı İmperiyasının paytaxtı olan İstanbul bu gün Türkiyənin ən böyük və ən sıx əhalisi olan şəhəridir. Bu şəhər ölkənin iqtisadi güc mərkəzidir və təxminən 16 milyon insana, yəni Türkiyə seçicilərinin dörddə birinə ev sahibliyi edir" - nəşr yazır.


Qeyd edək ki, İstanbul Böyük Şəhər Bələdiyəsinə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi seçilmiş Əkrəm İmamoğlu sədrlik edir.скачать dle 12.1