Bia.Az

Paşinyan Kremli satdı: Rusiyanın müttəfiqi deyilik

Dünya
 2-06-2023, 01:22     252

Bu, heç vaxt ucadan deyilməyib, amma məncə, bunu açıq şəkildə demək olar: biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik. Və bizim bu müharibədən, bu münaqişədən duyduğumuz hiss narahatlıqdır, çünki bütün münasibətlərimizə birbaşa təsir edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan CNN telekanalına müsahibəsində deyib.

“Qərbdə bizim Rusiyanın müttəfiqi olduğumuzu görürlər. Rusiyada isə bizim Ukrayna müharibəsində onların müttəfiqi olmadığımız görünür. Və belə çıxır ki, biz bu vəziyyətdə heç kimlə müttəfiq deyilik, deməli zəifik. Bütün bu toqquşmalardan yayınmağın bir yolu var, lakin həqiqət ondan ibarətdir ki, vəziyyət nə qədər çətinləşsə, qaçmaq imkanları da bir o qədər daralır. Biz bundan qaçırıq, ona görə ki, vəziyyətlə bağlı heç bir fikrimiz yoxdur”, - deyə Paşinyan bildirib.скачать dle 12.1