Rusiyanın Ukraynadakı müharibədə itkiləri - SİYAHI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
Musavat.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Döyüşlər nəticəsində Rusiyanın 207 910 hərbçisi zərərsizləşdirilib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 802 tank, 7 472 zirehli maşın, 3 460 artilleriya sistemi, 575 reaktiv yaylım atəşi sistemi, 333 hava hücumundan müdafiə sistemi, 313 təyyarə, 298 helikopter, 3 124 PUA, 1 107 qanadlı raket, 18 gəmi/qayıq, 6 230 avtomobil texnikası və avtosistern, 454 xüsusi texnikadan ibarətdir.