Bia.Az

"Putini həbs etməyəcəyik" - Bu ölkə Rusiya liderinə ZƏMANƏT VERDİ

Dünya
 30-05-2023, 13:05     266

Cənubi Afrika Respublikası Rusiya Prezidenti Vladimir Putinlə bağlı qərar verib.
 
Sfera.az bildirir ki, sözügedən ölkə Putinin BRİKS sammitinə gələcəyi təqdirdə diplomatik toxunulmazlığına zəmanət verdiyini açıqlayıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndələri məlumat yayıb. 
 
“Bu, iştirak səviyyəsindən asılı olmayaraq, Cənubi Afrikada keçirilən bütün beynəlxalq konfranslar və sammitlər üçün etdiyimiz standart qrantdır”, – agentlik “Facebook” hesabında qeyd edib.


 Cənubi Afrika Xarici İşlər Nazirliyi diplomatik toxunulmazlığın beynəlxalq məhkəmələrin qərarlarına şamil edilməyəcəyinə aydınlıq gətirib. Respublika nümayəndələri Rusiya liderinin BRİKS sammitinə gəlişini gözlədiklərini bildiriblər.
 
Xatırladaq ki, bundan əvvəl, Cənubi Afrika hakimiyyəti Rusiya Prezidenti Vladimir Putindən avqustda Yohannesburqda keçirilməsi planlaşdırılan BRİKS sammitinə gəlməməyi, videobağlantı vasitəsilə iştirak etməyi xahiş etmişdi.  "Sunday Times"ın Cənubi Afrika rəsmilərinə istinadən verdiyi məlumata görə, əgər o ölkəyə gələrsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl etməli və Putini həbs etməli olacaqdı.скачать dle 12.1