Moskvaya PUA-ların hücumu: Əhali təxliyə olunur - VİDEO

Moskvada "üçüncü ev"ə dronla hücum edilib.
Moskvanın Lenin prospektində pilotsuz təyyarə evin üzərinə düşüb. Bu barədə “112” Telegram kanalı məlumat yayıb.
PUA evin 14-cü mərtəbəsindəki mənzilə çırpılıb. Hadisə yeri mühasirəyə alınıb, istehkamçılar işləyir.
Mənzil sahibləri hadisənin saat 04:20 radələrində baş verdiyini bildiriblər. Qonaq otağı dağıdılıb, dronun bir hissəsi hələ də səkidə qalıb.
300-ə yaxın insanın evakuasiya edildiyi, yaxınlıqdakı məktəbə yerləşdirildiyi bildirilir.
Bundan əvvəl məlum olub ki, dron Profsoyuznaya küçəsindəki yaşayış binasına çırpılıb. Hündürmərtəbəli binaya çırpılan pilotsuz təyyarə KZ-6 formalı yük daşıyıb. Pilotsuz təyyarə yüklə birlikdə 16-cı mərtəbədəki evin mənzilinə düşsə də, partlamayıb.