Bia.Az

“Prezident başqa yolla gedir...” - Hökumət Zurabişvilidən narazıdır

Dünya
 30-05-2023, 02:00     280

Gürcüstanda hökumətlə Prezident Salome Zurabişvili arasında narazılıq və gərginlik artır.

“AzPolitika.info” xəbər verir ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının siyasi şurası xüsusi bəyanatla çıxış edib.

Hakim partiyanın bəyanatı Prezident Zurabişvilinin Müstəqillik Günündəki çıxışında hökuməti tənqid etməsilə bağlı olub. 

Həmin çıxışında Zurabişvili hökuməti anti-Qərb siyasətinə görə tənqid edib. Partiyadan Prezidentin dediklərinə rəsmən etiraz bildirilib. Qeyd olunub ki, 2018-ci il prezident seçkilərində “Gürcü arzusu” Zurabişvilini dəstəkləyib və ümid edib ki, o, “partiyaların üzərində duran” yəni, neytral Prezident olacaq: “Lakin Prezident başqa yolla gedir”.


Hakim partiya Zurabişvilinin “radikal müxalifətin” maraqlarına xidmət etdiyini, lakin buna baxmayaraq, “Gürcü arzusu”nun Prezidentlə qarşıdurmanı dərinləşdirmək istəmədiyini bəyan edib.


скачать dle 12.1