Bia.Az

Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirməyə başlayıb

Dünya
 26-05-2023, 02:04     327

Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsinə başlanılıb.

APA CNN-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksander Lukaşenko BelTA xəbər agentliyinə deyib:

“Saxlama məkanlarının hazırlanması zəruri idi. Biz bunların hamısını etdik. Ona görə də nüvə silahlarının hərəkətinə başlanılıb”.

Lukaşenko nüvə silahlarının Belarusda təhlükəsizliyinə söz verib:


“Nüvə silahları ilə bağlı narahat olmayın. Buna görə biz məsuliyyət daşıyırıq. Bunlar ciddi məsələlərdir. Burada hər şey qaydasında olacaq”, - Lukaşenko deyib.скачать dle 12.1