Bia.Az

Müharibədə insanlar qırılır, Rusiya silah sənyesinin rəhbəri və oğulları milyonlar qazanır

Dünya
 25-05-2023, 02:03     256

"Bütün dünyada sülh" - belə bir ifadəni Rostec rəhbərinin kiçik oğlu müharibə başlayandan bir ay sonra İnstaqram səhifəsində yerləşdirib. Lakin tezliklə məlum oldu ki, kiçik Sergey Çemezov (şəkildə) işğala qətiyyən qarşı çıxmayıb. Bu, sadəcə onun geyim markasının reklamı olub. 21 yaşlı Çemezovun brendi hələ də populyar deyil (onun şirkəti müharibə ilini 3 milyon itki ilə başa vurub). Ancaq “Rostex” (Rusiyada silah istehsalında ixitsaslaşmış dövlət şirkəti) rəhbərinin qohumları xeyli pul qazanıblar. Onların şirkətləri 2022-ci ildə demək olar ki, 1,4 milyard (təxminən 17 milyon dollar) rubl qazanıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müxalif mediasında maraqlı rəqəmlər dərc olunub.
Gələn xəbərlərə görə, müharibə ilində ən böyük gəliri Çemezovun böyük oğlu Stanislavın firması qazanıb. Onun “Finansoviye İnvestitsii” şirkəti 2022-ci ildə 1,2 milyard rubldan çox (təxminən 15 milyon dollar) qazanc əldə edib, halbuki şirkət bir il əvvəl zərər açıqlayıbmış. Şirkətin əsas aktivi Gəlinikdəki "Primorye" pansionatıdır. Çemezovun bu biznesdəki tərəfdaşları Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturovun ailəsidir. Pansionatın ərazisində hətta məmurun qayınatası – Gəlincikin fəxri vətəndaşı olan Yevgeni Kiselin abidəsi də var. Stanislav Çemezov bir neçə tikinti və elmi şirkətə də sahibdir.
Müharibə ili Çemezovun ortancıl oğlu Aleksandr üçün də uğurlu olub. O, restoran biznesində pul qazanır. Onun “Zuu menecment” şirkəti keçən il 5 milyon rubl mənfəət əldə edib.
Çemezovun xanımı Putinin mühafizəçilərini ərzaq məhsulları ilə təmin edən şirkətdən milyonlar qazanıb. Müharibə ilində Ekaterina İqnatova "Kompleksniye postavki" MMC-nin həmtəsisçisi olub. Bundan sonra onun qazancı 150 dəfə artıb (270 milyon rubla qədər). İqnatova Rusiyanın ən varlı qadınlarından sayılır. Onun "Kate" firması AvtoVAZ üçün avtomatik transmissiya hazırlamalı imiş. Layihəyə büdcədən yüz milyonlarla rubl xərclənsə də, ehtiyyat hissələrinin istehsalını hələ görən olmayıb.скачать dle 12.1