Bia.Az

Məşhur aktrisa göz yaşlarını saxlaya bilmədi: “O, bu axşam öləcək”

Dünya
 23-04-2020, 14:30     401

Məşhur aktrisa göz yaşlarını saxlaya bilmədi: “O, bu axşam öləcək”Hollivudun ən parlaq ulduzu, 62 yaşlı aktrisa Şeron Stounun mənəvi nənəsi Eileen Mitzman koronavirusa yoluxub.

bia.az xəbər verir ki, bu barədə Ş.Stoun “Instagram” hesabında məlumat verib.

O bildirib ki, nənəsinin vəziyyəti çox ağırdır və yaxın saatlarda öləcək.

“O, bu axşam Nyu-Yorkdakı xəstəxanada öləcək. Nənəm koronavirusa tutuldu, ancaq qan zəhərlənməsi və digər xəstəliklər səbəbindən öləcək, heç birimiz də onun yanında ola bilmərik. Onun tək ölməsini istəmirəm”, - deyə Şeron Stoun göz yaşlarına boğulub.скачать dle 12.1