Bia.Az

Osmanlı İmperiyasına təhqir etiraz doğurdu – Sərt reaksiya

Dünya
 21-05-2023, 14:37     243

Küveytin vitse-spikeri Məhəmməd əl Mutayr Suriya Prezidenti Bəşər Əsədin Osmanlı ilə bağlı fikirlərinə cavab verib.

Globalinfo.az xəbər verir ki, əl Mutayr Əsədin Osmanlı haqqında iddialarının qəbuledilməz olduğunu bildirib.

“Osmanlı xilafəti yüz illərlə islam və müsəlmanları müdafiə edib. İnsanların evlərini dağıdıb, qanlarını axıdan adam Osmanlı İmperiyasının şanlı tarixini dəyişə və onun obrazını təhqir edə bilməz”, – o söyləyib.


Qeyd edək ki, bundan öncə Əsəd Səudiyyə Ərəbistanında Ərəb Ölkələri Liqasının sammitində iştirak edərək, ərəb dövlətləri üçün əsas təhdidin ixvan mentaliteti ilə qarışmış osmanlının ekspansionist mentaliteti olduğunu deyib.скачать dle 12.1