Bia.Az

Gürcüstan parlamentində dava düşüb

Dünya
 20-05-2023, 03:09     219

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelaurinin parlamentdə “nazir saatı” formatında çıxışı zamanı deputatlar arasında dava düşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, “Aqmaşenebeli Strategiyası” partiyasnın lideri Giorgi Vaşadze tribunada çıxışı zamanı hakim “Gürcü Arzusu” partiyasını Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib.

Deputat çıxışını bitirib yerində əyləşərkən “Xalqın Gücü” qrupundan olan deputat Daçi Beraya ilə aralarında mübahisə baş verib.


Deputatlar arasındakı mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Hazırda parlamentin iclas zalında vəziyyət sakitləşib.
 

скачать dle 12.1