Bia.Az

“Ermənistandan İrana zərbə endirilə bilər” - ŞOK AÇIQLAMA

Dünya
 19-05-2023, 15:49     185

“Baş nazir Nikol Paşinyan hazırkı proseslərin hara getdiyini yaxşı bilir, lakin bundan imtina etmir. Çünki şəxsən onun üçün bu yolun alternativi yoxdur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri yerli politoloq Benyamin Matevosyan deyib.

Onun fikrincə, Rusiya və Qərbin təkliflərində əsas fərq müəyyən təkliflərə uyğun olaraq kimə zəmanət verilməsindədir.

“Rusiya tərəfi öz imkanları daxilində Ermənistan və Qarabağın (qondarma “DQR” nəzərdə tutulur - red.) təhlükəsizliyinə, gələcəyinə zəmanət verməyə hazırdır, lakin Nikol Paşinyana şəxsən siyasi dəstək üçün heç bir zəmanət verməyə hazır deyil. Qərb Paşinyana kömək etməyə, təbliğ etməyə və dəstəkləməyə hazırdır, lakin Ermənistana heç bir zəmanət verilmir. Nikol Paşinyan ikinci yolu seçdi”, - deyə Matevosyan bildirib.
Onun sözlərinə görə, Qərb nəinki heç bir zəmanət vermir, hətta Ermənistana təklif olunan bu sənədi imzalamağa razılıq verməsi üçün təzyiq göstərir.

“Qərbin əsas məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və Ermənistanı İrana zərbələr endirmək üçün bazaya çevirməkdir”, - deyə erməni politoloq qeyd edib.скачать dle 12.1