Bia.Az

Bu ölkədə dollar qadağan olundu

Dünya
 17-05-2023, 01:04     158

İraq hökuməti dolları qadağan edib.

Musavat.com xəbər verir ki, buna səbəb hökumətin dolları infilyasiya səbəbi olaraq görməsidir. Hokumət valyuta krizini nəzarət altına almaq üçün vətəndaşların dollarlala ticarətini yasaqlayıb.
 
İraqın Daxili İşlər Nazirliyi bu barədə rəsmi bəyanat yayıb.

"Dinar İraqın milli valyutasıdır. Sizin xarici valyutalarla deyil, dinarla əməliyyat aparmağınız ölkənin suverenliyini və iqtisadiyyatını gücləndirir", - bəyanatda deyilir.


Nazirliyin bəyanatında xarici valyutalarla ticarət edənlərin qanunla cəzalandırılması gərəkdiyi qeyd olunub. İraq dinarına və onun iqtisadiyyatına zərər vurmağa çalışan hər kəsin məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilib.скачать dle 12.1