Bia.Az

Kreml: Bu məsələ üçün Putinlə Ərdoğan arasında söhbət lazım deyil

Dünya
 12-05-2023, 18:13     215

“Kremldə hələ ki, “Taxıl sazişi”nin uzadılmasının mümkünlüyü barədə məlumat yoxdur, bu məsələ ilə bağlı təmaslar davam edəcək”.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, “Taxıl sazişi”ni uzatmaq üçün Putinlə Ərdoğan arasında söhbət yox, Rusiya Federasiyası ilə bağlı razılaşmanın bir hissəsinin yerinə yetirilməsi lazımdır.

Kreml sözçüsü onu da qeyd edib ki, Putin və Ərdoğan arasında telefon danışığı hələ ki qrafikdə yoxdur, lazım gələrsə, təşkil oluna bilər.скачать dle 12.1