Türkiyədə son sorğu: Kılıçdaroğlu Ərdoğanı qabaqladı

Türkiyədə 14 mayda keçiriləcək prezident seçkiləri ilə bağlı “Konda” araşdırma mərkəzinin son sorğusu açıqlanıldı.
BİA.az xəbər verir ki, sorğu 6-7 may tarixlərində keçirilib.
Sorğunun nəticəsinə görə, 49.3 faiz səslə Kamal Kılıçdaroğlu liderdir. Rəcəb Tayyib Ərdoğan 43.7%, Məhərrəm İncə 2.2%, Sinan Oğan 4.8% səs toplayıb.
Qeyd dək ki, Məhərrəm İncənin də Kamal Kılıçdaroğlunun xeyrinə geri çəkiləcəyi gözlənilir.