Bəşər Əsəd yenə başını başlara qoşur
Suriya prezidenti Bəşər Əsəd Ərəb Dövlətləri Liqasının 19 may sammitinə dəvət alıb. Sammit Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.
Novator.az bildirir ki, 1945-ci ildə yaradılmış Ərəb Dövlətləri Liqasının mərkəzi qərargahı Misirin paytaxtı Qahirədə yerləşir. 22 dövlətin daxil olduğu qurum 2011-ci il noyabrın 16-da Suriyanın üzvlüyünü dayandırıb, 2023-cü il mayın 7-də bərpa edib.
Suriyada 2011-ci ilin mart ayında Bəşər Əsəd rejiminə qarşı başlayan xalq hərəkatı sonradan vətəndaş müharibəsinə çevrilib, amma prezidenti aşırmaq mümkün olmayıb.
Bəşər Əsəd prezident postunu 2000-ci ildən tutur. 1971-2000-ci illər arasında isə Suriyaya onun atası Hafiz Əsəd prezidentlik edib.