Bia.Az

Prezidentin sözçsü İmamoğluna hücumdan danışdı

Dünya
 11-05-2023, 01:27     146

“CNN Türk”ə müsahibə verən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Ərzurumda hücuma məruz qalmasını qınayıb. 

Musavat.com xəbər verir ki, İbrahim Kalın deyib:

"Həmin vaxt mən televiziya kanalında idim. Biz o gün də bunu qınadıq. O gün bir çox ünsür bir araya gəlib xəta üstünə xəta etmişdi. Baxın, Ərzurumdan əvvəl "HüdaPar"a hücum oldu. Dünən Qaziantepdə də bir CHP üzvü havaya bir neçə dəfə atəş açıb. Sinan Oğanın avtobusuna hücum olub. Bunların heç biri qəbul edilə bilməz. Biz onların hamısını qınayırıq. Hər kəs öz partiyadaşını təmkinli olmağa çağırmalıdır. Bu kimi məsələlərdə prinsipial mövqe sərgilənməlidir".

Qeyd edək ki, mayın 7-də İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri, prezident köməkçisi namizədi Əkrəm İmamoğlu Ərzurum mitinqində provakasiya ilə qarşılaşıb. Belə ki, bir qrup şəxs çıxış edənləri daşlamağa başlayıb, nəticədə yaralananlar olub və mitinq yarıda kəsilib. Daha sonra provakatorlar avtobusu daşlayıblar.скачать dle 12.1