Bia.Az

SON DƏQİQƏ! Priqojin Putini HƏDƏLƏDİ - “Vaqner” döyüşlərdən çəkilir

Dünya
 5-05-2023, 12:57     209

Rusiyanın Ukraynanın “Şərqdə son qala” kimi tanınan Baxmut şəhərini ələ keçirmək üçün var gücü ilə hücuma keçdiyi bir vaxtda muzdlu “Vaqner” qrupunun bəyanatı Moskvada soyuq duş effekti yaradıb.

Musavat.com xəbər verir ki, “Vaqner”in qurucusu Yevgeni Priqojin qoşunlarını şəhərdən çıxaracağını bəyan edib.

"Breaking News"un yaydığı məlumata görə, Priqojin Rusiyanı çərşənbə gününə qədər qoşunlarını Baxmut şəhərindən çıxaracağı ilə hədələyib.
Qeyd edək ki, “Vaqner” ilə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında münaqişə uzun müddətdir ki, davam edir. Hələ ötən ilin dekabr ayında “vaqnerçi” döyüşçülərin Baş Qərargah rəisi Valeri Gerasimovu təhqir etdiyi video yayılmışdı. Priqojin Ukraynanın Donetsk vilayətində, Baxmut yaxınlığında döyüşən “Vaqner” döyüşçülərinin mərmi təchizatında böhran yarandığını açıqlamışdı. Yevgeni Priqojinin bildirdiyinə görə, 2022-ci ilin payızında Ukraynadakı rus qrupuna general Surovikin komandanlıq edərkən “Vaqner”in mərmilərlə bağlı heç bir problemi olmayıb: “Mənim döyüşçülərim sizin ucbatınızdan ölürlər. Siz isə səhər yeməyini qızıl qablarda yeyir, qızlarınızı Dubaya dincəlməyə göndərirsiniz”.
Priqojin bu sözləri ilə qızı Yeni ili Dubayda qarşılayan müdafiə naziri Sergey Şoyqunu hədəf almışdı.скачать dle 12.1