Bia.Az

NATO ölkələri Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayıb

Dünya
 3-05-2023, 16:06     178

Polşada “Anakonda-23” hərbi təlimləri başlayıb.


“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Rusiya ilə sərhəddə keçirilən hazırlıqlar mayın 26-dək davam edəcək.

Manevrlərdə Polşa ordusunun 12 min hərbçisi iştirak edir.

Bundan başqa, NATO ölkələrindən olan yüzlərlə hərbçi də hazırlıqlara qatılıb.


Məlumata görə, təlimlərdə Polşa ilə yanaşı ABŞ, Rumıniya, Sloveniya, İsveç, Fransa, Litva, Latviya, Estoniya və Türkiyə iştirak edir.скачать dle 12.1