Bia.Az

Baş nazir namizədi seçkiyə iki həftə qalmış ANA OLDU - FOTO

Dünya
 2-05-2023, 17:31     179

Taylandın baş naziri postuna namizəd olan Paetongtarn Shinavatra seçkilərə iki həftə qalmış ana olub.

Musavat.com "The Guardian"a istinadən xəbər verir ki, qarşıdan gələn seçkilərin aparıcı siması olan Shinavatra oğlan uşağı dünyaya gətirib.


Keçmiş baş nazir Thaksin Shinavatranın kiçik qızı olan Paetongtarn sosial şəbəkədə Thasin ləqəbli, Prutthasin Sooksawas adlı körpəsinin şəklini yerləşdirib.


Məlumata görə, bu yaxınlarda kampaniya üçün səyahət etməyi dayandıran Paetongtarn partiyası "Pheu Thai"nin mitinqlərinə videozəng vasitəsilə qatılırdı. Paetongtarn bir neçə gün ərzində mətbuata danışacağını söyləyib.


kapak_110814.jpg (61 KB)
скачать dle 12.1