Bia.Az

Knessetin Güney müraciətinə Pəhləvidən sərt reaksiya

Dünya
 1-05-2023, 12:17     189

İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti qəbulolunmaz hərəkətdir.

Axar.az xəbər verir ki, bu sözləri İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Tvitter hesabında yazıb.

O, İsrailin Knesset üzvlərinin bu müraciətini İranın ərazi bütövlüyünə qarşı addım kimi dəyərləndirib.

“Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksək rütbəli rəsmilərinin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir.

 Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığımı bildirdim. Deputatların müraciəti İran hakimiyyətinin maraqlarına xidmət edir”, - o qeyd edib.Pəhləvi İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət barədə açıqlama verməsini xahiş edib.


Qeyd edək ki, bir neçə gün öncə İsrail parlamentinin - Knessetin 32 üzvü Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə XİN-ə müraciət göndərib. Müraciətdə İran müxalifətinə və Tehranın Güney azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirilməsi xahiş olunub.скачать dle 12.1