Bia.Az

“Disney” 100 min əməkdaşını maaşı ödənilməyən məzuniyyətə göndərdi

Dünya
 20-04-2020, 14:36     336

“Disney” 100 min əməkdaşını maaşı ödənilməyən məzuniyyətə göndərdi"Walt Disney” şirkəti bu həftədən etibarən 100 mindən artıq əməkdaşına əmək haqqı verməyəcək.

“bia.az”in “Financial Times”nəşrinə istinadən verdiyi məlumata görə, bu da şirkətin işçi heyətinin yarısına bərabərdir.

Nəşrin məlumatına görə, Florida və Parisdə “Disney” şirkətinin əməkdaşlarını əmək haqqı ödənilməyən məzuniyyətə göndəriliblər. Bununla belə, şirkət tibb xidmət üzrə tam sosial paketin saxlanılacağını söz verib.

Qeyd edək ki, pandemiya şəraitində “Disney” bütün dünya üzrə mehmanxanaların və əyləncə parklarının bağlanması səbəbindən itkilərlə üzləşib.скачать dle 12.1