Bia.Az

ABŞ Sibir Birləşmiş Ştatları yaratmaq istəyir – Medvedevdən iddia

Dünya
 25-04-2023, 12:59     228

“Rusiyanın raketləri, mərmiləri və tankları tükənməyib, müdafiə sənayesi istənilən problemi həll etməyə hazırdır”.

Jamaz.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev deyib.

“Rusiya Federasiyasının hərbi-sənaye kompleksi yükün öhdəsindən gəlir və ordunun ehtiyaclarını ödəməyə hazırdır. ABŞ-da Rusiya Federasiyasını Sibir Birləşmiş Ştatlarına və digər ayrı-ayrı ölkələrə bölmək və onları idarə etmək istəyirlər. Rusiya G20-ni başqa ölkələrlə birlikdə yaradıb və indi “məşhur” dost olmayan dövlətlər onu oradan qovmağı təklif edirlər”, – Medvedev söyləyib.

“Bütün ölkələr yeni genişmiqyaslı qlobal münaqişənin başlanmasının qarşısını almaq üçün səy göstərməlidir”, – o əlavə edib.скачать dle 12.1