ABŞ Türkiyəni razı saldı: Rusiyaya ixrac dayanır!
ABŞ və Avropa Birliyi Rusiya ilə texnologiya ticarətini məhdudlaşdırmağa razı salmaq üçün bir neçə ölkəyə rəsmilər göndərib.
Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri məlumat yayıb.
ABŞ ticarət katibinin müavini Elan Estevezin sözlərinə görə, bu yaxınlarda Türkiyəyə səfəri zamanı nümayəndə heyəti Türkiyəni azad ticarət zonası vasitəsilə Rusiyaya malların daşınmasını, həmçinin Türkiyə hava limanlarında Rusiya və Belarus təyyarələrinə xidmət göstərilməsini dayandırmağa razı sala biliblər.