Bia.Az

Priqojindən gözlənilməz bəyanat: “Əlimizdəkiləri saxlamaqla savaşı dayandıraq, təkləndik”

Dünya
 15-04-2023, 14:39     243

Rusiyanın “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin Ukraynada aparılan savaşın məqsədlərinə nail olunduğunu bəyan edərək, savaşı dayandırmağı təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, öz bloqunda yazıb. Bundan başqa müvafiq mətn “Vaqner”ə yaxınlığı ilə bilinən “Kepka Priqojina” telegram kanalında yayılıb.

Priqojinin sözlərinə görə, uzunmüddətli müharibə Rusiyanın dağılması üçün ilkin şərt ola bilər.

Priqojin uzünmüddətli müharibənin rus elitasında dəstək tapmadığını xüsusilə vurğulayıb. “Vaqner”in rəhbəri  yazıda onları “dərin dövlət” adlandırıb.“Dünən xüsusi əməliyyatı (Rusiyada işğalçı savaş qoyulan ad-red.) dəstəkləyənlərin çoxu indi şübhə altındadır və ya qəti şəkildə baş verənlərə qarşı olduqlarını söyləyirlər. Belə görünür ki, dərin dövlətin nümayəndələri tez bir zamanda öz normal həyatlarına, köhnə vərdişlərinə və rahatlığına qayıtmaq istəyirlər”,-deyə Priqojin yazıb.


Priqojinə görə, elita daxilindəki müharibə əleyhdarları savaşın uğurla davam etdirilməsi üçün verilən qərarları sabotaj edirlər. "İclaslarda susur, şübhələrini bildirirlər. Bürokratik prosedurlarla bağlı qərarlar verilərkən isə qələbəyə yönəlik fəaliyyətə mane olurlar",-deyə o bildirib.
Priqojinin fikrincə Ukrayna ordusu gözlənilən hücumu cəbhə xəttinin yarılması ilə başa çata bilər. “Vaqner” rəhbəri Rusiyanın bundan sonra  "DXR, Dnepr və ya Polşa sərhədlərinə" çatmasının olduqca çətin olduğunu etiraf edib. “Belə olan halda, illərdir özünü dünyanın ən yaxşı ordularından biri hesab edən Rusiya ordusunda əvvəlcə tənəzzül əhval-ruhiyyəsi başlaya, daha sonra isə vəziyyət pisləşə bilər”, - deyə o bildirib.скачать dle 12.1