Bia.Az

SON DƏQİQƏ! Türkiyə DEDİYİNİ ETDİ - Bu ölkənin planı baş tutmadı

Dünya
 13-04-2023, 16:08     256

Yunanıstanın bəzi xəbər saytlarının, o cümlədən “CNN Greece” və “Onalert”in məlumatına görə, Yunanıstan Baş Qərargahına NATO-nun bu il martın 27-31-də Yunanıstanda keçirilməsi planlaşdırılan “Ramstein Guard” hava təliminin planlarını hazırlamaq vəzifəsi verilib.

Musavat.com xəbər verir ki, Tasos və Bozbaba adaları da təlim bölgələrinə daxil edilib.

Təlim planlarının təsdiqi üçün keçirilən iclasda NATO-nun türk heyət Şərqi Egey adalarının qeyri-hərbi statusunun pozulduğunu əsas gətirərək, iki adanın təlim bölgəsindən çıxarılmasını tələb edib. NATO Türkiyənin etirazını qəbul edib və Müttəfiq Hava Komandanlığı AIRCOM “Ramstein Guard” təlimini ləğv etmək qərarına gəlib.

NATO-nun 2017-ci ildəki “Ramstein Guard” təlimində də analoji hadisə baş verib. Yunan heyət həmin təlimin planlarına Yunanıstana məxsus döyüş təyyarəsinin Lemnos adası üzərində uçması ssenarisini daxil etmək istəyib və Türkiyə heyəti eyni səbəbdən buna reaksiya verib. NATO Ankaranın etirazına haqq qazandırıb və Afina təlimi ləğv etməli olub.


Qeyd edək ki, Türkiyə Lozanna və Paris müqavilələri çərçivəsində adaların silahlandırılmasına qarşı çıxır, Yunanıstan isə milli müdafiə çərçivəsində belə bir hüquqa malik olduğunu bildirir.скачать dle 12.1