Bia.Az

Ərdoğanın rəqibləri bir araya gəlir

Dünya
 12-04-2023, 14:32     186

Türkiyə prezidenti postu uğrunda yarışan iki namizəd bu gün görüş keçirəcək.

Jamaz.info yerli mətbuata istinadən xəbər verir ki, Millət İttifaqının namizədi Kemal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan CHP binasında görüşəcəklər.

Görüş zamanı seçkilərlə bağlı bir sıra məsələlər müzakirə ediləcək.


Qeyd edək ki, Türkiyədə seçkilər mayın 14-də keçiriləcək. Prezident seçkilərində 4 namizəd iştirak edəcək. Bunlar Rəcəb Tayyib Ərdoğan, Kemal Kılıçdaroğlu, Muharrem İnce və Sinan Oğandır.скачать dle 12.1